RU

Deputat: “Turist axınında dəyişiklik var”

"Bu ilin ilk 10 ayında Azərbaycana gələn turistlərin coğrafi strukturu dəyişib: Avropa İttifaqından gələnlərin sayı 7,9 faiz artsa da, körfəz ölkələrindən gələn turistlərin sayı 3,5 faiz, MDB ölkələrindən isə 8,2 faiz azalıb"

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ümumilikdə ölkəyə səfər edənlərin sayı 1,7 faiz azalaraq 2 milyon 171 min nəfər təşkil edib və əsas gələnlər Rusiya, Türkiyə, İran, Hindistan və Səudiyyə Ərəbistanının vətəndaşları olub:

"Ərəb turistlərinin azalması qiymətlərin yüksəkliyi və alternativ bazarlara marağın artması ilə izah edilir. Avropadan gələnlərin çoxalması isə işgüzar səfərlərin, sağlamlıq turizminin və bölgəyə marağın artması ilə bağlıdır. Turizmin valyuta gətirən əsas sahələrdən biri olduğu nəzərə alınaraq Avropa və Cənub-Şərqi Asiya bazarları ilə əməkdaşlığın gücləndirilməsi vacib hesab olunur".


 

Избранный
30
qht.az

1Источники