RU

Millinin baş məşqçisi İcraiyyə Komitəsində yarım saat nədən danışıb?

Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Yığıncaqda gündəlikdə duran məsələlər müzakirə olunub.
Millinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan Abbasovun hesabatı dinlənilib.
Komandanın çıxışı ətraflı müzakirə olunub, gələcək oyunlarla bağlı fikir mübadiləsi aparılıb.
Fernandu Santuşun sentyabrda görəvdən azad edilməsindən sonra burada işə başlayan, oktyabrda isə təyinatı rəsmiləşən A.Abbasov təqribən 30 dəqiqə ərzində polemikada iştirak edib. O, DÇ-2026-nın D qrupunda 1 xal toplayan yığmanın problemlərini sadalayıb. Gənc mütəxəssis futbolçuların psixoloji durumunu yaxşılaşdırmaq üçün görülən işlərə diqqət çəkib, eyni zamanda, öz təkliflərini səsləndirib. Çalışdırıcı qarşıdakı aylarda görülməsini istədiyi tədbirlər barədə məlumat verib, həmçinin Millətlər Liqasının növbəti mövsümündən müsbət gözləntilərinin olduğunu söyləyib.
SPORTİNFO.AZ

Избранный
0
sportinfo.az

1Источники