RU

Azərbaycan İordaniyanın sülh və sabitlik naminə prinsipial mövqeyini qiymətləndirir - Sahil Babayev

Azərbaycan ölkənin suverenliyi və ərazi bütövlüyü məsələlərində İordaniyanın davamlı dəstəyini yüksək qiymətləndirir.

“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında bildirib.

"Azərbaycan və İordaniya arasında 30 ildən artıqdır ki, dostluq, qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan münasibətlər mövcuddur. Azərbaycan İordaniyanın suverenliyimizə və ərazi bütövlüyümüzə davamlı dəstəyini, həmçinin sülh, regional sabitlik və beynəlxalq hüquq normalarına riayət olunması naminə prinsipial mövqeyini yüksək qiymətləndirir", - S.Babayev qeyd edib.

Избранный
3
1
ikisahil.az

2Источники