ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Bavariya”nın futbolçusu Harri Keyn Çempionlar Liqasında “Arsenal”a uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, ingiltərəli hücumçu 1:3 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Ağır oyun idi, amma ümumilikdə bunu gözləyirdik. İlk hissədə yaxşı mübarizə gedirdi. İkinci hissədə isə əvvəlki enerji və intensivlik bizdə olmadı, çoxlu top itkilərinə yol verdik. Bu, mövsümdə ilk məğlubiyyətimizdir. Buna görə panikaya düşməyə dəyməz, amma mütləq nəticə çıxaracağıq.
Onlar həm birinci, həm də ikinci topları qazanırdılar. Standart vəziyyətlərdə təhlükəli olduqlarını bilirdik. Əminəm ki, Çempionlar Liqasının sonrakı mərhələlərində “Arsenal”la yenə qarşılaşacağıq”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.