RU

Gəncəli tiktoker "Eliş 020" HƏBS EDİLDİ

Gəncəli

TikTok sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşımlar edən, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayan 33 yaşlı Elsevər Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ulusum.az xəbər verir ki, əslən Gəncə şəhərindən olan bu şəxs "Eliş 020" adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyd edilən paylaşımları edib. E.Nəbiyev saxlanılan zamanı ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb və E.Nəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barısində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, E.Nəbiyev bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.R.Daşdəmirova

Diqqət Çəkənlər

Honkonqun Tay Po rayonunda yanğın VİDEO

“Ədəb keçmişdə qaldı, arsızlıq dövrün dəbinə çevrildi

Narın uşaqlar üçün faydaları

Избранный
18
6
ulusum.az

10Источники