İmişli rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.aia.az xəbər verir ki, hadisə İmişli rayonunun Qulubəyli kəndi ərazisində qeydə alınıb.Belə ki, qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.Qəza nəticəsində xəsarət alan üç nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.aia.az