Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Belə ki, sözügedən məvacib komissiya üzvlərinə 2025-ci il üzrə dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsində layihələrin qiymətləndirilməsinə görə veriləcək.
Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:
1. Quliyev Elçin Musa oğlu, 2. Salayev Ayaz Ramiz oğlu, 3. Məmmədova Şəfiqə Haşımovna, 4. Məmmədov Nəriman Kamileviç, 5. Məmmədov Hikmət Baba oğlu, 6. Məmmədov Vüsal Fəxrəddin oğlu.