RU

4 milyon insan pulsuz səhiyyədən məhrum qalacaq? Ekspert izah edir

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Azərbaycan hökuməti universal tibbi sığorta modelindən imtina etdi. Bu imtina ən azı 4 milyon nəfərə yaxın insanı icbari tibbi sığorta mexanizmindən kənarda qoyacaq”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

İqtisadçı buraya kimlərin daxil olduğunu qeyd edib:

“İlk olaraq əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilələrlə işləməyən, sahibkar kimi qeydiyyatda olmayan əmək qabiliyyətli yaşda (15-65 yaş) əhali, başqa yerdə rəsmi ödənişli olmayan, adına pay torpağı olan, lakin bələdiyyələrdə ailə kəndli təsərrüfatı kimi uçota alınmayan əmək qabiliyyətli yaşda əhali. Bu əhali kateqoriyasının sayı 3 milyon nəfərə yaxındır.

Eləcə də müxtləlif səbəblərə işçi qüvvəsinə daxil olmayan əmək qabiliyyətli yaşda sağlam əhali. Bura ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən evdar qadınlar, iş tapmağa ümidini itirdiyi üçün rəsmi kanallarla iş axtarmağı dayandıran və işsiz kimi qeydiyyatdan keçməyən insanlar daxildir. Bu əhali qruplarına isə 1 milyon nəfərə yaxın insan daxildir.

Demək, universal tibbi sığorta modelindən imtina az qala ölkə əhalisinin 40 %-ni dövlət hesabına tibbi sığorta almaq imkanından məhrum buraxdı”.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
6
cebheinfo.az

7Источники