RU

Azərbaycanda problemli kreditlərin məbləği 14 %-ə yaxın artıb

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 544,8 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, oktyabrın 1-i ilə müqayisədə 3,2 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 21,3 %, son 1 ildə isə 13,55 % artıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət sentyabrın sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il oktyabrın sonuna isə 1,7 % olub.

vaxtı keçmiş kreditlər problemli kreditlər Azərbaycan Mərkəzi Bankı kredit portfeli kredit statistikası maliyyə göstəriciləri bank sektoru kredit artımı noyabr 2025 kredit bazarı problemli kredit nisbəti maliyyə göstəricilərinin analizi bank kreditləri kredit vəziyyəti Azərbaycanda portfelin xüsusi çəkisi illik kredit artımı oktyabr 2025 dekabr 2024.
Избранный
178
34
marja.az

10Источники