RU

Şəhid məzarından başlayan toy: Bu günü illərlə gözlədik

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin məzarı başında çəkilən şəkil diqqət çəkib.Şəhidin həyat yoldaşı Vüsalə Əliyeva Modern.az-a bildirib ki, bu şəkil noyabrın 9-da qardaşının toyu zamanı çəkilib:“Qardaşımın toyunu illərdir gözləyirdik. Anar şəhid olandan sonra toy edə bilmədik. Qardaşım da deyirdi ki, baxmayaraq ki, müharibədən 5 il keçib, amma sentyabrın 27-dən noyabrın 8-ə dək toy etməyəcəm. Ona görə məclisi bu ilin noyabrın 9-da etdik. Toyda da əsasən şəhid ailələri, xüsusi təyinatlılar dəvət olunmuşdu. Çünki qardaşım rayonları gəzib onları ziyarət edirdi. Şəkil də həmin gün toy məclsiindən əvvəl çəkilib”. 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
2
modern.az

3Источники