RU

Bu turistlərə pulsuz təyyarə biletləri təklif edilir

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Dünyanın ən arzu olunan turizm istiqaməti kimi tanınmış Yaponiya son illər həddindən artıq turizmin bütün mənfi nəticələrini üzərində hiss etməyə başlayıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu dəfə yerli hakimiyyət ölkə üzrə turist axınlarını bir qədər bərabər paylamaq və Tokio, Kioto kimi populyar şəhərlərdəki yükü azaltmaq məqsədilə yeni təşəbbüslə çıxış edib. Xüsusilə, Yaponiya Milli Turizm Təşkilatı (JNTO) All Nippon Airways (ANA) aviaşirkəti ilə birlikdə Böyük Britaniya və Avropadan gələn səyyahlar üçün aviaşirkətin bütün regional şəbəkəsi üzrə pulsuz ölkədaxili uçuşlar təklif edir.

Yaponiyada pulsuz təyyarə biletlərini necə əldə etmək olar?

Aksiyanın şərtlərinə əsasən, Böyük Britaniya və Avropadan gələn iqtisad sinfi sərnişinləri 31 yanvaradək öz beynəlxalq rezervasiyalarına əlavə olunmaqla ikiədək pulsuz ölkədaxili uçuş bronlaya biləcəklər. Bununla belə, bu reyslərin faktiki uçuş tarixləri yanvarın 31-dən sonrakı istənilən dövr ola bilər.

Bu, o deməkdir ki, turist birbaşa Tokiyoya və ya Yaponiyanın istənilən başqa bölgəsinə uçsa da, biletlərin qiyməti eyni olacaq. ANA izah edir ki, bu, səyyahlara heç bir əlavə ödəniş etmədən bir neçə şəhəri əhatə edən marşrut qurmağa imkan verəcək.

Amma bəzi məhdudiyyətlər də var

Hərçənd iki əlavə reys üçün biletin özü pulsuz olacaq, vergilər və rüsumlar yenə də tətbiq ediləcək, buna görə müəyyən məbləğ ödənilməlidir (adətən təxminən 10 dollar).

Bundan başqa, təklifin mövcudluğu seçilən reyslərdə yerlərin olub-olmamasından asılıdır. Əgər bütün yerlər satılıbsa, sərnişinlər bəzi uçuşlarda və ya müəyyən tarixlərdə pulsuz yerlər ala bilməyəcəklər.

Sərnişinlər bu təklifi turizm agentlikləri, Yaponiyadan kənardakı ANA ofisləri və ya birbaşa ANA vasitəsilə bron edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
lent.az

1Источники