RU

Tramp: Cənubi Afrika ABŞ-də keçiriləcək G20 sammitinə dəvət almayacaq

ABŞ prezidenti Donald Tramp Cənubi Afrikanın 2026-cı ilin dekabrında ABŞ-nin Florida ştatında keçiriləcək növbəti G20 sammitinə dəvət olunmayacağını açıqlayıb.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib. 

O, həmçinin ABŞ-nin Cənubi Afrikaya bütün ödənişləri və subsidiyaları dərhal dayandıracağını vurğulayıb.

"Son sammitin yekunlarından sonra Cənubi Afrika hakimiyyəti bağlanış mərasimi zamanı prezident səlahiyyətlərini ABŞ səfirliyinin yüksək rütbəli rəsmisinə təhvil verməkdən imtina etdi. Ona görə də mənim göstərişimlə Cənubi Afrika Florida ştatının Mayami şəhərində keçiriləcək 2026-cı ildə keçiriləcək G20 Sammitinə dəvət edilməyəcək", - Tramp yazıb.

Tramp həmçinin Cənubi Afrikanı yenidən insan haqlarını pozmaqda, ağ insanları öldürməkdə və onların təsərrüfatlarını ələ keçirməkdə ittiham edib. 

Gülşən Şərif

Избранный
29
bakivaxti.az

1Источники