RU

Trampa pis xəbərdarlıq...


Mətləb Salahov: “Ağ Evin “qulağının dibində” baş verən atışma göstərdi ki, dünya Trampdan daha böyükdür...”

“Vaşinqtonda, “Ağ Ev”in yaxınlığında baş verən qanlı insident qətiyyən təsadüfi sayıla bilməz. Çünki ABŞ təhlükəsizlik qüvvələrinin göz bəbəyi kimi qoruduğu bu ərazilərdə Əfqanıstan vətəndaşı olan miqrantın terror törətməsi, Milli Qvardiyanın iki hərbçisini güllələməsi birbaşa ABŞ prezidentinə olan ciddi mesajdır. Çünki bu ərazilərdə heç kimin əl-qolunu sallayıb bu cür insidentlər törətmək şansı yoxdur. Baş verən atışma göstərdi ki, dünya Trampdan daha böyükdür...”
Bu fikirləri “Bakı Xəbər”ə şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, D.Trampın yürütdüyü hazırkı dünya siyasəti həm də onun düşmənlərinin də sayını artırmaqdadır. “Son hadisə göstərdi ki, onun güclü lider olmaqla bərabər heç də tam təhlükəsizlik imkanları yoxdur. Əfqan əsilli miqrantın təkbaşına bu qanlı insidenti törətdiyinə inanmaq çətindir. Bu, sanki təşkilatlanmış komanda işinə oxşayır.
D.Trampın da dediyi kimi, Co Bayden dövründə 20 milyondan çox miqrant ABŞ-a buraxılıb. Bu isə hazırkı ABŞ hakimiyyətinə qarşı narazı qüvvələr üçün ciddi təsir imkanları deməkdir. əlbəttdə, qanlı insidentlərtörətmək mənasında. Nəzərə alaq ki, son aylar ABŞ prezidenti bir neçə ölkəyə qarşı hədələyəici sanksiyalar və tariflər tətbiq edib, üstəlik Avropa ölkələrinin maraqlarının tam əksinə siyasət yürüdür. Bu siyasət, əlbətdə cavabsız qalacaq deyil. Həm də unutmayaq ki, hər güclünün həm də bir zəif tərəfi var”.

Namiq Quliyev

Избранный
4
2
baki-xeber.com

3Источники