RU

AFFA bu klubu Təcili Tibbi Yardım maşınına görə cərimələdi

AFFA İntizam Komitəsi II Liqa təmsilçisi “Göygöl” cərimələyib.

Tribuna qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb bölgə təmsilçisinin X turunda “Şəmkir”lə oyunda Təcili Tibbi Yardım avtomobilinin stadiona gec gəlməsi olub.

AFFA “Göygöl”ü 200 manat məbləğində cəzalandırıb.

Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma “Şəmkir”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Избранный
17
3
tribunainfo.az

5Источники