RU

Ermənistan rəsmiləri İsraildə danışıqlar apardı

Noyabrın 26-da Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Qüdsdə İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Eden Bar Tal ilə görüşüb.

"Yeni Sabah" armenpress-ə istinadla görüş zamanı tərəflər Ermənistan və İsrail arasında münasibətləri, o cümlədən siyasi və iqtisadi sahədə intensivləşdirməyə hazır olduqlarını vurğulayıblar.

Tərəflər, həmçinin Cənubi Qafqazda və Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Ermənistan və İsrail Xarici İşlər nazirlikləri arasında 12-ci siyasi məsləhətləşmələr də baş tutub. 


Telegram kanalımız
Избранный
22
yenisabah.az

1Источники