BAKI, 27 noyabr. TELEQRAF
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində sıx dialoqa ehtiyac var.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Baş nazir hesab edir ki, 37 illik münaqişədən sonra münasibətlərin normallaşması asan deyil, bunun üçün tərəflər arasında sıx dialoqa ehtiyac var.