Pandemiyadan sonra səyahət möhtəşəm şəkildə geri döndü. Hətta bildirilir ki, məşhur istirahət məkanlarında turistlərin sayı əvvəlkindən də çoxdur və istirahət edənlər üçün seçimlər kifayət qədər genişdir.
Lakin çox seçim etmək həmişə daha yaxşısı deyil. Əksinə, bu qədər müxtəlifliyin içində bir çox səyahətçi QVI kimi şirkətlərin təklif etdiyi paket turlara üz tutur. Qiymət və rahatlıqdan başqa, əvvəlcədən planlaşdırılmış tur paketlərinin psixoloji üstünlükləri də var.
Daha çox seçim — Həmişə yaxşı deyil…
Doğrudur, planlaşdırma zamanı çox seçim insanlara öz tətillərini fərdiləşdirmək imkanı verir. Amma həddindən artıq seçim insanı stressə sala, yorucu ola bilər.
Psixoloqlar bu halı “seçim çoxluğu” adlandırır və bildirirlər ki, bu vəziyyət “qərar yorğunluğu”na səbəb ola bilər. Yəni qərar vermək getdikcə zehni cəhətdən ağırlaşır. Daha da pis tərəfi odur ki, hədsiz seçimlərlə qarşılaşan insanlar qərarlarını gecikdirir, narahatlıq yaşayır, məmnuniyyətləri azalır və özünəinamları aşağı düşür.
Həll isə daha az, amma daha seçilmiş variantlardır. Məhz burada əvvəlcədən hazırlanmış paket turlar köməyə gəlir.
Paket turlar nədir?
Əvvəlcədən hazırlanmış tur paketləri — və ya paket turlar səyahətin müxtəlif hissələrinin bir sifarişdə birləşdirilməsidir. Sadə desək, paket turlar uçuş, yerləşmə, qidalanma, hətta ekskursiya kimi əsas səyahət elementlərini bir paketdə toplayır. Sanki sizin yerinizə planlaşdırmanın çətin hissəsini kimsə edir, siz isə sadəcə səfərinizi səbirsizliklə gözləyirsiniz.
Məsələn, QNET-in səyahət platforması QVI dünyanın 1,000-dən çox otel və kurortunda qısa istirahət paketləri, avtomobil icarəsi, VIP endirimlər və əlavə bonus mükafatları kimi müxtəlif xidmətlər və paketlər təqdim edir — hər büdcəyə və zövqə uyğun.

Belə paketlər planlaşdırma stressini tamamilə aradan qaldırır və səyahət təcrübəsini daha rahat və xoş edir.
Tur paketlərinin populyarlığının artması
Qeyd edək ki, paket turlar hələ 19-cu əsrdən mövcuddur və dövr ərzində populyarlığı dəyişsə də, son illər yenidən yüksəlir. Bu artımın əsas səbəblərindən biri isə müasir səyahətçilərin daha rahat, problemsiz səyahət istəmələridir.
McKinsey-in son hesabatına görə, pandemiya insanların səyahətə yanaşmasını dəyişdirib. Belə ki, artıq səyahətçilər yalnız rahatlıq və sərfəli qiymət deyil, eyni zamanda mütəxəssislərə və etibarlı platformalara güvənməyə üstünlük verirlər. Bunun əsas səbəbləri etibarlı müştəri dəstəyi, sığorta, təhlükəsizlik və əvvəlcədən yoxlanılmış otellər, nəqliyyat və fəaliyyətlərdir.
Bununla yanaşı, psixoloji motivasiya faktorları da mühüm rol oynayır.
Öncədən planlaşdırmanın psixoloji üstünlükləri
Qısaca desək, strukturlaşdırılmış marşrutlar və “hamısı daxil” səyahət paketləri sadəcə vaxt və pul qənaəti etmir, mentaletə də müsbət təsir göstərir. Budur üç əsas üstünlük:
1. Koqnitiv rahatlıq və azaldılmış stress
Beynimiz sadə və aydın prosesləri sevir. Çoxumuz hər şeyin rahat və səliqəli şəkildə planlaşdırılmasını üstün tuturuq. Məhz buna görə bir çox insan mükəmməl otel, nəqliyyat və fəaliyyət seçməyə vaxt sərf etməkdənsə, paket turları seçir. Planlaşdırma yükünün olmaması isə səyahət təcrübəsinə fokuslanmağa imkan yaradır.
2. Müsbət gözlənti
Paket turlar strukturlaşdırılmış plan təqdim edir və bu da səyahətə qarşı sevinc, həyəcan və nikbinlik yaradır. Tətillə bağlı əsas detalların əvvəlcədən həll olunması sizi səyahəti daha aydın təsəvvür etməyə və səyahətqabağı stressdən uzaq olmağa kömək edir. Üstəlik, yaxşı hazırlanmış paket özünüzü daha hazır və inamlı hiss etməyinizi təmin edir.
3. Maliyyə sabitliyi və rahatlıq
Səyahət zamanı xərcləri düzgün hesablamaq çətindir. Bütün məbləği əvvəlcədən bilmək büdcəyə nəzarəti artırır və gizli ödənişlər, yerli vergilər və digər əlavə xərclər kimi gözlənilməz sürprizləri aradan qaldırır. Bu isə daha çox dəyər, daha yaxşı qənaət və daha çox rahatlıq deməkdir.

QVI ilə səyahət təcrübənizi yüksəldin
Ümumilikdə, əvvəlcədən hazırlanmış tur paketlərinin ən böyük üstünlüyü hər şeyi sadələşdirməsi və tətili daha keyfiyyətli etməsidir. QVI məhz bunu qarşısına məqsəd qoyur: Hər zövqə və ehtiyaca uyğun seçilmiş paketlərlə unudulmaz xatirələrlə dolu səyahətlər qurmaq.
İstər ekoloji bir səyahət, istər beşulduzlu kurortda wellness tətili, istər musiqi festivallarına səfər, istərsə də tamamilə rahat bir istirahət planlayın — QVI ilə bütün detallarla məşğul olmağa ehtiyac yoxdur. Siz sadəcə təcrübəyə fokuslanırsınız, qalan hər şey isə etibarlı şəkildə həll olunmuş olur.
QNET Haqqında
QNET – qlobal həyat tərzi və sağlamlıq şirkətidir. Birbaşa satış modeli əsasında fəaliyyət göstərərək insanların daha sağlam və balanslı həyat sürmələrinə kömək edən eksklüziv məhsullar təqdim edir. 1998-ci ildən bəri QNET-in innovativ məhsulları və e-ticarət əsaslı modeli milyonlarla müştəri və mikro-sahibkarı birləşdirib. Şirkət RYTHM – “Raise Yourself To Help Mankind” missiyası ilə fəaliyyət göstərir.
QNET dünyanın bir sıra ölkələrində Birbaşa Satış Assosiasiyasının, həmçinin Honkonq @Health Food Association”, “Health Supplements Industry Association of Singapore” və digər təşkilatların üzvüdür. Şirkət həmçinin qlobal idman sponsorluqlarının tərəfdaşıdır, o cümlədən “Manchester City” Futbol Klubunun və Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış tərəfdaşıdır. Bu əməkdaşlıqlar QNET-in qlobal miqyasda mükəmməlliyə sadiqliyini nümayiş etdirir.
Daha ətraflı məlumat üçün: www.qnet.net