Türkiyəni soyuq qış gözləyir. Tezliklə havanın temperaturu aşağı düşəcək, yağış və qar yağacaq. Metbuat.az xəbər verir ki, bu barədə Hidrometeorologiya Baş İdarəsi məlumat yayıb. Qurumdan bildirilib ki, noyabrın 30-dan başlayaraq ölkədə hava kəskin dəyişəcək. Ayın sonuncu günü Türkiyənin 80 vilayətinə güclü yağış yağacaq. Qarlı hava şəraiti isə dekabrın 20-dən başlayacaq. Ən çox qar Sivas, Gümüşhane, Ərzincan, Bingöl, Ərzurum, Muş, Bitlis, Hakkari, Van, Ağrı, Qars, Ardahan və Bayburt vilayətlərinə yağacaq. Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.