RU

Təhsil müəssisələrinin internetlə təmin edilməsi 3 milyon manata başa gələcək

Təhsil müəssisələrinin internetlə təmin edilməsi üçün 2,9 milyon manatlıq müqavilə bağlanıb.

Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən yeni satınalma həyata keçirilib.

Məlumata görə, təhsil müəssisələrinin internet şəbəkəsi ilə təmin edilməsi xidmətlərinin satınalınması üzrə keçirilən tenderin qalibi “Texno Lyuks M” MMC olub.

Qurumla şirkət arasında bağlanan müqavilənin dəyəri 2.894.491,15 AZN təşkil edir.

Избранный
14
banker.az

1Источники