RU

Çeçenistanda partlayış səsləri eşidilir - Dronlar Qroznıdakı "Kadırov" hərbi bazasına zərbələr endirib

Ukrayna dronları Çeçenistana qədər gedib çatıb.

27 noyabr  Rusiya Milli Qvardiyasının Qroznıdakı "Axmat-Sever" hərbi bazasında partlayışlar baş verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Rusiyanın Astra Telegram kanalına istinadən məlumat yayıb.

Hücum dronlarının Qroznının Baysanqurovski rayonundakı Rusiya Milli Qvardiyasının Axmat-Sever hərbi bazasının ərazisindəki binaya zərbə endirdiyi bildirilir.

Qeyd olunur ki, müxalifət hərəkatı NIYSO fəallarının  hadisədən sonrakı fotoşəkilləri var, lakin onlar "təhlükəsizlik səbəbi ilə"  dərc etmirlər.

QAZİLER.AZ

 

Избранный
17
1
qaziler.az

2Источники