RU

Ömer Kocaman: Sabah TDT çərçivəsində media sahəsində Birgə Bəyanat qəbul olunacaq  

Türk Dövlətləri Təşkilatı çərçivəsində hər il keçirilən Dövlət Başçılarının Zirvə Görüşünün nəticələrinə və dövlətlərimizin başçılarının çıxışlarına nəzər saldıqda açıq şəkildə görünür ki, liderlərimiz iki sahəyə xüsusi önəm verirlər. Bunlar gənclər siyasəti və yeni media əməkdaşlığıdır.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman deyib.

O qeyd edib ki, TDT də məhz bunları strateji istiqamətlər kimi müəyyənləşdirib və həm gənclik-idman, həm də media sahəsində əməkdaşlığa xüsusi diqqət ayırır. Çünki bu sahədə qurulan işbirliyi xalqlarımız arasındakı əlaqələri möhkəmləndirməklə yanaşı, dövlətlərimizin münasibətlərini daha yüksək səviyyəyə qaldırır, Türk dünyasının gələcəyinin sağlam əsaslar üzərində qurulmasına töhfə verir.

“Bu gün TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirildi. İclasda Türk dünyasında media sahəsində əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən 2026-cı il üzrə Fəaliyyət Planını qəbul etdik. Azərbaycanın sədrliyi dövründə 20-dən çox konkret istiqamət üzrə proqram və layihələr həyata keçiriləcək”.

“Sabah media və informasiya nazirlərimiz müvafiq sahələr üzrə təkliflərini bölüşəcəklər”, - deyən Ö.Kocaman əlavə edib ki, eyni zamanda, Birgə Bəyanat qəbul olunacaq. Bu sənəd dezinformasiya ilə mübarizəyə dair mühüm müddəaları, media savadlılığının artırılmasına yönəlmiş strateji istiqamətləri özündə birləşdirir. “Əminik ki, həm Birgə Bəyanat, həm də 2026-cı il üzrə Fəaliyyət Planı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media sahəsində əməkdaşlığını daha da gücləndirəcək, dezinformasiyaya qarşı birgə mübarizəmiz daha təsirli və əlaqələndirilmiş şəkildə davam etdiriləcək”, - deyə o vurğulayıb.

Избранный
9
2
azerbaijan-news.az

3Источники