RU

Ermənistanın mövqeyi hamıya məlumdur - Putin

KTMT ölkələri Ermənistanın bu təşkilatda iştirakla bağlı mövqeyinə hörmətlə yanaşır, çünki bu, onun seçimidir.

XəzərNews.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bəyan edib.

"Ermənistanın mövqeyi hamıya məlumdur. Erməni həmkarlarımızın bizə dediyi kimi, "Biz KTMT-nin qəbul etdiyi bütün qərarları dəstəkləyirik. Biz özümüzü KTMT-nin üzvü hesab edirik, lakin indiki mərhələdə təşkilatın iclaslarında iştirak etməkdən çəkinirik", - Putin cümə axşamı Qırğızıstana səfərindən sonra "İnterfaks"ın sualını cavablandırarkən deyib.

"Yaxşı, bu, onların seçimidir. Əgər onlar hələlik belə işləməyi mümkün hesab edirlərsə, yaxşı, razıyıq", - Rusiya prezidenti qeyd edib.

O, həmçinin bəyan edib ki, KTMT-nin qalan üzvləri Ermənistan tərəfi ilə əlaqə saxlayır.

“Biz indi KTMT çərçivəsində işlərə rəhbərlik edən dövlət olaraq, əlbəttə ki, bu təşkilatın üzvləri kimi onlarla daimi təmasda olacağıq və əlbəttə ki, prioritetlərin hər biri üzrə hazırlayacağımız qərarları onlarla işləyəcək və razılaşdıracağıq”, - deyə Putin bildirib.



Xəbər 7 dəfə oxunub.
Избранный
27
1
xezernews.az

2Источники