RU

Qatar adamların üstünə çıxdı: çoxlu ölən və yaralılar var

27 noyabrda Çinin cənub-qərbindəki Kunminq şəhərində baş verən qatar qəzasında 11 nəfər həlak olub.

“Xinhua” xəbər agentliyinin verdiyi məlumata görə, Cümə axşamı səhər tezdən seysmik avadanlıqları sınaqdan keçirən qatar Kunminqin Luoyangzhen stansiyasında relslərdə bir qrup işçini vurub. Ölənlərdən əlavə, daha iki nəfər yaralanıb.

Agentlik qeyd edir ki, qəzanın səbəbi ilə bağlı araşdırma aparılır və stansiya hazırda normal fəaliyyət göstərir. Hadisə “relsin əyri hissəsində” baş verib. “South China Morning Post” tikinti işçilərinin relslərdə gəzdiyini bildirib. Media hadisəni son 10 ildə Çində baş verən ən pis qatar qəzası adlandırıb.

//Samir Qurbanov, Editor.az

Избранный
42
editor.az

1Источники