RU

"20 Yanvar” dairəsində hərəkət bərpa olunub - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Yol polisi əməkdaşlarının çevik müdaxiləsilə yola dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Hazırda Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrosu istiqamətində hərəkət intensivliyinin artırılması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən dairədə olan svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir.

***

Bakıda avtomobilin yükünün yola dağılması tıxac yaradıb.

Hafta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, Yasamal rayonu, “20 Yanvar” dairəsində yük avtomobillərindən birində olan yükün yolun hərəkət hissəsinə dağılması səbəbindən Bakı-Sumqayıt şosesi “20 Yanvar” metrostansiyası və “Moskva” prospekti istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

 
Избранный
26
7
hafta.az

10Источники