RU

“Qazandığımız elə təkərə gedir” Video

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Bakı Dairəvi yolunun “Sədərək” Ticarət Mərkəzi istiqamətindən keçən hissəsində yolu genişləndirmək məqsədilə dəmir arakəsmələr kəsilib və yolda dəmir qalıqları saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, sürücülər bildirir ki, bu, onlar üçün təhlükə yaradır və nəqliyyat vasitələrinə ziyan vurur:

“Gündə iki dəfə təkərim partlayır. Bu yolu düzəltmək lazımdır. Niyə düzəltmirlər? Qazandığımız pul elə təkərə gedir”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, həmin ərazidə əyri xətt dəmir tellərin kəsilməsi ilə genişləndirmə işləri bir neçə il əvvəl icra olunub.

“İndiyədək həmin ərazi ilə bağlı təhlükəli vəziyyət və ya onun nəticələri barədə heç bir müraciət daxil olmayıb. Buna baxmayaraq, əməkdaşlarımız tərəfindən əraziyə baxış keçiriləcək. Əgər hər hansı bir təhlükəli vəziyyət aşkarlanarsa, onun aradan qaldırılması istiqamətində müvafiq addımlar atılacaq”,- deyə qeyd edilib.

Daha ətraflı “Baku TV”nin süjetində:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
3
qafqazinfo.az

7Источники