RU

Libidonun ən böyük 3 düşməni açıqlandı

Cinsi marağın azalmasının əsas səbəbləri fizioloji, psixoloji və sosial-mədəni faktorlarla bağlıdır.

Milli.Az xəbər verir ki, bunu seksoloq Milana Sokolova deyib. O bildirib ki, fizioloji səbəblər arasında xroniki xəstəliklər, hormon səviyyəsinin dəyişməsi, bəzi dərmanlar, menopauza və ya erektil disfunksiya göstərilir.

"Məsələn, kişilərdə testosteron səviyyəsinin azalması və qadınlarda estrogen çatışmazlığı libido üçün ciddi maneə ola bilər.

Psixoloji amillər də əhəmiyyətlidir. Stress, depressiya, aşağı özünəinam, cütlükdə emosional yaxınlığın olmaması, iş və şəxsi həyatdakı gərginliklər cinsi marağın azalmasına səbəb ola bilər".

Sokolova qeyd edir ki, insanlar tez-tez gündəlik gərginliyi intim münasibətlərə daşıyır və bu, əlaqədə soyuqluğa gətirib çıxarır.

Sosial-mədəni faktorlar isə cəmiyyətin seksual mövzulardakı tabuları və stereotipləri ilə bağlıdır. İnsanlar öz cinsi istəklərini günahkar və ya səhv hesab edə bilər, bu da libidonun azalmasına yol açır. Mütəxəssis vurğulayır ki, yaşla cinsi marağın azalacağına dair inanclar da bəzən özünü doğruldur və əlavə psixoloji təzyiq yaradır.

Ekspert əlavə edir ki, bu problemlər yalnız fərdi səylə həll olunmaya bilər. Söhbət həm fərdi düşüncə tərzindən, həm də cütlüklər arasında açıq kommunikasiya və lazımi hallarda mütəxəssis dəstəyindən gedir. Məlumatlılıq və düzgün yanaşma libidonun qorunmasına və cinsi həyatdan zövq almağa kömək edə bilər.

İsmayıl
Milli.Az

Избранный
23
7
milli.az

8Источники