RU

Bakı məktəblərində inklüziv təhsilə cəlb olunan uşaqların sayı AÇIQLANIB

Bakı. Trend:

2025-2026-cı tədris ilində paytaxt üzrə 41 ümumtəhsil müəssisəsiinklüziv təhsil verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı şəhəri üzrəTəhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda bütün bu məktəblər üzrə 260 sağlamlıqimkanı məhdud şagird inklüziv təhsilə cəlb olunub.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində 30 təhsil müəssisəsindəinklüziv sinif fəaliyyət göstərib. Həmin inklüziv siniflərə 57sağlamlıq imkanları məhdud şagird cəlb olunub.

Ölkə üzrə isə hazırda ümumi təhsil müəssisələrində 414 uşaqinklüziv təhsilə cəlb olunub.

İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarlasağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihəhəmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaqməqsədlərinə xidmət edir.

Избранный
23
1
az.trend.az

2Источники