Amerikanın Oreqon ştatının Leykvyu şəhərinin sakinləri çılpaq fotolarından ibarət təqvim yayımlayıblar.
Publika.az xəbər verir ki, bu baradə "The Oregonian" məlumat yayıb.
Layihənin təşkilatçıları Cess Kelvin və Marqo Dodds olub. Təqvim çılpaq poza verməyə razı olan 12 qadın və kişinin "nəzakətli və təmkinli" fotoşəkillərindən ibarətdir.
Bildirilir ki, onları 25 dollara (42 manat 50 qəpik) satacaqlar, lakin maraqlananlar 100 dollar da (170 manat) ödəyə və ya hətta özləri qiymət deyə bilərlər.
Təşkilatçılar deyir ki, bütün gəlirlər Leykvyudəki qar təmizlənməsinə sərf olunacaq.