RU

Bəyan edilmədən valyuta vəsaitlərinin ölkədən aparılmasına cəhd hallarında artım qeydə alınıb - Elşən Səfərli/ÖZƏL

Bəyan edilmədən ölkəyə gətirilmək və ya ölkədən çıxarılmaq istənilən valyuta vəsaitlərində 2023-cü ilin mart-oktyabr və 2024-cü ilin həmin dövrü ilə müqaisədə artım müşahidə olunub.  Narkotik vasitələrlə bağlı pozuntu hallarında isə artım müşahidə olunmayıb.

Bu barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli "İki sahil" qəzetinin əməkdaşının sualını cavablandırarkən məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən, fiziki şəxslər tərəfindən ölkə ərazisindən 10.000 ABŞ dolları ekvivalentindən artıq valyuta vəsaitlərinin aparılması zamanı bu vəsaitlər gömrük orqanlarına bəyan edilməlidir. Lakin son dövrlərdə bəyan edilmədən valyuta vəsaitlərinin aparılmasına cəhd hallarında artım qeydə alınıb. Eyni zamanda, gömrük nəzarəti tədbirləri zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınması istiqamətində də ciddi tədbirlər görülür. Elşən Səfərli bildirib ki, risk əsaslı yanaşmalar çərçivəsində həyata keçirilən gömrük nəzarətləri hüquqpozmaların aşkarlanmasında mühüm rol oynayır və bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

Orxan Vahidoğlu, "İki sahil"

Избранный
3
ikisahil.az

1Источники