RU

TƏBİB regionlarda tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün “Mentor Klinika” layihəsinə start verdi » AzadMedia.az


Bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasında keçirilən media-tur zamanı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qurumun yeni təşəbbüsü barədə məlumat verib. O bildirib ki, TƏBİB-in “2025–2027-ci illər üzrə Strateji Planı” çərçivəsində regionlarda tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə “Mentor Klinika” layihəsinə start verilib.

Zamirə Ədilovanın sözlərinə görə, layihənin əsas məqsədi paytaxt və böyük şəhərlərdə cəmləşmiş tibbi potensialı region xəstəxanalarına yönəltməklə xidmətlərin keyfiyyətini yüksəltmək və Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır. Bu çərçivədə mentor klinika statusu alan tibb müəssisələri regional xəstəxanalara həkim dəstəyi göstərəcək, tibb bacılarını təlimləndirəcək, xidmət çeşidinin artırılmasına və idarəetməyə dəstək verəcək.

Hazırda tibbi xidmətlərin 55 faizi Bakı, Sumqayıt və Abşeron, 45 faizi isə regionlar üzrə göstərilir. Layihənin pilot mərhələsinin 1 il ərzində icra olunacağı planlaşdırılır.

Z. Ədilova bildirib ki, “Mentor Klinika” təşəbbüsü regionlarda səhiyyə xidmətlərinin balanslı inkişafına və əhalinin yüksək keyfiyyətli tibbi yardıma daha yaxınlaşdırılmasına mühüm töhfə verəcək.
Избранный
21
1
azadmedia.az

2Источники