RU

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Simpoziumda təmsil olunub (FOTO)

Bakı.Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarəHeyətinin sədri Rüfət Mahmud 24–26 noyabr tarixlərində TürkiyəRespublikasının İstanbul şəhərində keçirilən “Beynəlxalq simpozium:Milli sarayların yüz ili” adlı beynəlxalq tədbirdə iştirakedib.

Tarixi-mədəni irsin qorunması, abidələrin bərpası vəmuzeyləşdirilməsi sahəsində beynəlxalq təcrübənin müzakirəsibaxımından mühüm əhəmiyyət kəsb edən simpoziumda dünyanın müxtəlifölkələrindən gələn saray muzeyləri və tarix-mədəniyyət qoruqlarınınrəhbərləri, eləcə də elm adamları iştirak edərək irs abidələrininidarə olunması, bərpası, davamlı inkişafı, muzeyləşdirmə və muzeykolleksiyalarının qorunması mövzusunda məruzələrlə çıxışediblər.

Tədbir çərçivəsində təşkil olunan sessiyada İdarə Heyətininsədri “Mühafizədən təqdimata: İçərişəhərin abidələrinin muzeylərəçevrilməsi” mövzusunda çıxış edərək abidələrin qorunması, bərpasıvə muzeyləşdirilməsi üzrə görülən işlər və əldə olunan təcrübələrbarədə məlumat verib.

Səfər çərçivəsində Rüfət Mahmud İstanbulun UNESCO Ümumdünya İrsSiyahısına daxil olan dörd tarixi abidənin idarəçiliyinə məsul olanİstanbul Tarixi Alanları İdarəsinin rəhbəri Mustafa Tural ilə görüşkeçirib. Görüşdə qoruqların idarə olunması sahəsində təcrübəmübadiləsi və gələcək birgə əməkdaşlıq imkanları müzakirəedilib.

“İçərişəhər”
“İçərişəhər”
“İçərişəhər”
“İçərişəhər”
“İçərişəhər”
Избранный
82
6
az.trend.az

7Источники