RU

MN nin İstirahət evi nin rüşvət ittihamı ilə həbs olunan sabiq rəisi barədə qərar verilib

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rüşvət ittihamı ilə həbs edilən sabiq rəisi, mayor İlham Haqverdiyevin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.

Təqsirləndirilən şəxsin vəkili Riçard İsmayılov APA-ya bildirib ki, müdafiə etdiyi şəxsin ittiham edildiyi iş üzrə şikayətçi yoxdur və dəyən maddi ziyan ödənilib: "Müvəkkilim 40 gündür həbsdədir. Lakin 40 gün ərzində istintaqda irəliləyiş olmayıb. Müavin ilə üzləşmə olub, bu halda da müvəkkilimin müavininə təsir göstərmək gücü yoxdur".

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib. Barəsində qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib. İlham Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
144
50
apa.az

10Источники