
Türkiyənin İstanbul şəhərində keçirilən narkotik əməliyyatında 178 kilo 800 qram metamfetamin ələ keçirilib.
Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Vilayət Təhlükəsizlik Müdirliyi məlumat yayıb.Axtarışlar zamanı cinayət yolu ilə əldə edilmiş hesab edilən 178 kilo 800 qram maye və kristal formada metamfetamin, 15 kiloqram kimyəvi maddə, 70 güllə və 4015 lirə (160 manat) və 443 dollar (753 manat) aşkar edilib.Qeyd edək ki, əməliyyat çərçivəsində iki şübhəli həbs edilib.
İlahə QənbərliMissiya.Az