RU

Azərbaycanda orta sahibkarlığa verilən kreditlər artıb

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Azərbaycanda orta sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 2,266 milyard manat təşkiledib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.

Məlumata görə, bu, cari ilin oktyabr ayının 1-i ilə müqayisədə15,9 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrünə nisbətən isə471 milyon manat və ya 26,2% çoxdur.

Belə ki, cari ilin oktyabr ayının 1-nə Azərbaycanda ortasahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2,250 milyardmanat, 2024-cü ilin noyabrın 1-nə isə 1,795 milyard manat idi.

Qeyd edək ki, bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarınınbiznes kredit portfelinin həcmi 15,623 milyard manat təşkil edibki, bu da əvvəlki ayla müqayisədə 78,8 milyon manat və ya 0,5%,ötən ilin eyni dövrünə nisbətən isə 995,3 milyon manat və yaxud6,8% çoxdur.

Məqalədə:
Избранный
164
5
az.trend.az

10Источники