RU

Dekabrda hava necə olacaq?

Dekabr ayına olan hava proqnozu açıqlanıb.

Publika.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrda havanın temperaturu noyabr ayına nisbətən aşağı olacaq.

Havanın orta aylıq temperaturu kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk yarısında ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Избранный
176
50
publika.az

10Источники