RU

Ata Abdullayevdən xəbər var

Bir neçə nəfəri şantaj etmə ittihamı ilə 7 illik həbs edilən bloqer Ata Abdullayev azadlığa çıxmaq istəyir.

 

O, vaxtından tez sərbəst buraxılmaq məqsədilə məhkəməyə müraciət edib.

 

Ata Abdullayev ərizəsində yazıb ki, təyin edilmiş həbs cəzasının 2/3 hissəsini çəkib, həmin müddətdə cəzaçəkmə müəssisəsində özünü nümunəvi aparıb. O, artıq islah edilmiş hesab edildiyindən qalan 2 il 5 aylıq cəzasını şərti çəkmək istədiyini qeyd edib.

 

Məhkəmə Ata Abdullayevi vaxtından əvvəl azadlığa buraxmayıb. Onun ərizəsi geri qaytarılıb.

 

Qeyd edək ki, Ata Abdullayev 2021-ci ilin martından həbsdədir.

 

Qafqazinfo

Tarix: 28 Noyabr 2025, 19:34   
Избранный
89
21
pravda.az

10Источники