WhatsApp Rusiyada tamamilə bloklanacaq.
AzPost bildirir ki, bu barədə “Roskomnadzor”un (RKN) mətbuat xidmətindənForbes-ə bildirilib.
Agentlik qeyd edib ki, messencer Rusiyada terror hücumlarını təşkil etmək və həyata keçirmək, cinayətkarları cəlb etmək, eləcə də Rusiya vətəndaşlarına qarşı fırıldaqçılıq və digər cinayətlər üçün istifadə olunur.
RKN-in məlumatına görə, messencer Rusiyada cinayətlərin qarşısının alınması və onlarla mübarizə aparmaq üçün tələblərə əməl etmir, buna görə də agentlik WhatsApp-a qarşı davamlı olaraq məhdudlaşdırıcı tədbirlər tətbiq edir. RKN messencerə məhdudiyyətlər tətbiq etməyə davam edəcəyini vurğulayır.
Roskomnadzor qeyd edib ki, WhatsApp-a qarşı məhdudlaşdırıcı tədbirlər mərhələli şəkildə tətbiq olunur və bu da istifadəçilərə digər messencerlərə keçməyə imkan verir. Agentlik milli xidmətlərə keçməyi tövsiyə edir.