RU

Premyer Liqa: “Neftçi” “Turan Tovuz”la bərabərə qaldı

TOVUZ, 28 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XIII turunda “Turan Tovuz” və “Neftçi” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Matçı baş hakim Fərid Hacıyev idarə edib. Samir Abasov istefaya göndərildiyi üçün “ağ-qaralar”ı bu matça Sənan Qurbanov çıxarıb.

Bu nəticədən sonra Bakı təmsilçisi 16 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. 24 xalı olan Kurban Berdiyevin kollektivi isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk qarşılaşmasında “Zirə” səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Tura noyabrın 30-da yekun vurulacaq.

Избранный
167
1
teleqraf.com

2Источники