RU

Donald Tramp Baydenin BU qələmlə imzaladığı bütün sənədləri ləğv etdi

Ajans.az xəbər verir ki, bu barədə Donald Tramp öz "Truth" sosial media hesabında məlumat verib. O, bildirib ki, sabiq prezident Co Baydenin imzaladığı sənədlərin təxminən 92 faizi avtomatik imza ilə imzalanıb . Avtomatik qələmi idarə edənlər bunu qanunsuz iş görüblər.

"ABŞ Prezidenti tərəfindən xüsusi olaraq təsdiq verilmədikdə, "Autopen"dən istifadəyə icazə verilmir. Bütün İcra Sərəncamlarını və Co Bayden tərəfindən birbaşa imzalanmayan hər hansı digər sənədi ləğv edirəm. Çünki avtomatik qələmi idarə edən insanlar bunu qanunsuz şəkildə ediblər. Co Bayden avtomatik qələm prosesində iştirak etməyib və əgər iştirak etdiyini desə, yalan ifadə vermək ittihamı ilə məsuliyyətə cəlb olunacaq", - deyə ABŞ prezidenti əlavə edib.

Избранный
204
10
Ajans.az

10Источники