RU

Avropa çempionatı: Azərbaycan millisi Şimali Makedoniyaya uduzdu

BAKI, 29 noyabr. TELEQRAF

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyuna çıxıb.

Teleqraf xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qoran Pandev Məşq Kompleksində baş tutan qarşılaşma yığmamızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk matçında sloveniyanın eyni yaş kateqoriyasından ibarət komandasına 0:2 hesabı ilə uduzmuşdu.

Избранный
200
6
teleqraf.com

10Источники