RU

Dövlət Xidməti deputatın oğluna məxsus şirkətə 32 milyon manat verəcək

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Diler İnşaat” QSC (VÖEN – 1403566801) olub.

Yeniavaz.com xəbər verir ki, Xidmət Ağdam şəhəri 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınmasına görə “Diler İnşaat” QSC-yə 31 milyon 934 min 173 manat 84 qəpik ödəyəcək.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti son 3 ayda “DİLER İNŞAAT” QSC ilə 3 müqavilə imzalayıb. Avqust ayında imzalanan müqavilənin ümumi dəyəri 7,8 milyon, bu ayın əvvəlində imzalanan müqavilənin dəyəri isə 8 milyon manat olub.

Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “Diler İnşaat” QSC 28 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşən QSC-nin nizamnamə kapitalı 2010 manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.

Onu da bildirək ki, “Diler İnşaat” QSC-nin sahibi millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadədir.Elnur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
76
2
yeniavaz.com

3Источники