RU

Ödənişli yolda ağıllı radarların quraşdırılmasını sürücülər birmənalı hesab etmirVİDEO

Ödənişli yolda yeni radarlar və müşahidə kameraları quraşdırılıb.

Xezerxeber.az xəbər verir ki, söhbət Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolundan gedir.

Məlumata görə, yolun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur. Ancaq bu ağıllı radar sisteminin quraşdırılmasını sürücülər birmənalı qarşılamayıblar.

Bəs bu proses digər ölkələrdə necə tənzimlənir?

Nəqliyyat məsələləri üzrə ekspertlər deyirlər ki, radar olsa da, burada bəzi nüanslar nəzərə alınmalıdır. Çünki, bu yolda heç bir maneə yoxdur və sürücülər də ünvana tez çatmaq üçün oradan istifadə edirlər.

Ekspertlər hesab edirlər ki, sürət həddi aşağı qoyulsa, yoldan istifadə edənlərin sayı azalacaq.

Adil Nəbiyev qeyd edir ki, sürət həddi hava durumu ilə uyğunlaşıdırlmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Избранный
121
19
xezerxeber.az

10Источники