RU

Honkonqdakı dəhşətli yanğında ölənlərin sayı artır

14:34 30.11.2025
14:34 30.11.2025

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 146-ya yüksəlib.

Mynews.az xəbər verir ki, bu barədə "South China Morning Post" agentliyi şəhərin polis idarəsinə istinadla məlumat yayıb.

Bundan əvvəl 128 nəfərin öldüyü bildirilirdi.

Qeyd olunub ki, son iki gündə hadisə yerində 30 cəsəd tapılıb, lakin onların sayının artacağı gözlənilir. Bundan başqa 12-si yanğınsöndürən olmaqla, 79 nəfər xəsarət alıb.


Избранный
115
14
mynews.az

10Источники