Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub.Metbuat.az Report-a istinadən xəbər verir ki, bu posta Murtuza Bülbül təyin edilib. O, SSRİ Xalq artisti Bülbülün nəvəsi, Xalq artisti Polad Bülbüloğlunun oğludur.2001-ci ildə doğulan Murtuza Bülbül musiqi təhsilinə Moskvadakı Betxoven adına Uşaq Musiqi Məktəbində başlayıb.2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib.Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimovdur.Simfonik Orkestrdə həmçinin Mustafa Mehmandarov da dirijorluq fəaliyyəti göstərir.