RU

Mayamidə ABŞ Ukrayna görüşü keçirilir

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Mən Ukrayna Prezidenti ilə daimi əlaqədəyəm. Bizim aydın istiqamətlərimiz və prioritetlərimiz var: Ukraynanın maraqlarının qorunması, məzmunlu dialoqun təmin edilməsi və Cenevrədə əldə olunan irəliləyiş əsasında prosesin inkişafı", - Ukraynanın danışıqlar qrupunun rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov "X" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, nümayəndə heyəti Kiyev üçün "həqiqi sülh və etibarlı, uzunmüddətli təhlükəsizlik təminatları" üzərində işləyir. Görüşün əvvəlində ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, sülh sazişi Ukraynanı suveren, müstəqil və inkişaf edən bir dövlət kimi saxlayacaq: "Burada söhbət sadəcə müharibənin başa çatmasından getmir, söhbət müharibənin elə bir şəkildə başa çatmasından gedir ki, bu onların müstəqil və suveren olaraq qalmasına, bir daha müharibə yaşamamasına və xalq üçün böyük rifah yaratmasına imkan verəcək mexanizm və yol açır. Bu, sadəcə ölkəni bərpa etmək deyil, fövqəladə iqtisadi tərəqqi dövrünə daxil olmaq deməkdir". Rubionun sözlərinə görə, Ukraynanın böyük iqtisadi potensialı, rifah üçün geniş imkanları var. "Aydındır ki, bunu müharibənin qızğın vaxtında əldə etmək mümkün deyil, lakin müharibənin bitməsi də kifayət etməyəcək. Ona görə də söhbət sadəcə sülh sazişlərindən deyil, Ukraynanı suveren, müstəqil və çiçəklənən ölkə kimi saxlayacaq irəliləyiş yolunun yaradılmasından gedir", – o bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
6
azvision.az

7Источники