RU

Gürcüstanda atışma - ölən və yaralananlar var

Gürcüstanın Kutaisi şəhərində naməlum şəxs insanlara atəş açaraq hadisə yerindən qaçıb.


Manset.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Yaralanan şəxslər xəstəxanaya çatdırılıb, onlardan biri aldığı yaralardan ölüb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayətkarın müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Избранный
102
8
manset.az

10Источники