RU

KİV: Maduro 18 aydan sonra istefa verməyə razılaşıb

Venesuela prezidenti Nikolas Maduro azı 18 aydan tez olmamaq şərtilə istefa verməyə hazırdır.

APA xəbər verir ki, bu barədə CNN ABŞ və Venesuela arasında aparılan qeyri-formal danışıqların gedişi barədə məlumatlı mənbəyə istinadən xəbər verib.

Bəzi ABŞ rəsmiləri bunun bir həll yolu ola biləcəyini düşünsələr də, Ağ Ev Maduronun dərhal istefasını nəzərdə tutan bir planı dəstəkləyir.

“The Wall Street Journal”ın məlumatına görə ABŞ prezidenti Donald Tramp ötən həftə Maduro ilə telefon danışığı zamanı ona postundan getmək barədə ultimatum irəli sürüb.

Избранный
137
8
apa.az

10Источники