RU

Tramp media ilə məhkəmə mübahisələrinə görə kral ailəsini geridə qoyub

BAKI, 1 dekabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp 2025-ci ildə ard-arda açdığı çoxsaylı məhkəmə iddiaları ilə Britaniya kral ailəsinin üzvü şahzadə Harri və həyat yoldaşı Meqan Marklın illərdir tanınan “ən çox məhkəməyə müraciət edən məşhur cütlük” obrazını arxa plana keçirib.

Teleqraf xəbər verir ki, kral ailəsi 2019–2022-ci illər arasında birlikdə 10-dan çox məhkəmə prosesi qaldırmış, təkcə “Associated Newspapers”ə qarşı dörd dəfə iddia irəli sürmüşdülər. Lakin 2022-dən bəri yeni iş açmayıblar.

Tramp isə 2024-cü ildən bəri ABC, CBS, “The New York Times”, “The Wall Street Journal” və digər media qurumlarını məhkəməyə verib.

Bu məhkəmə iddiaları ilə Tramp öz ölkəsində media nümayəndələrini ən çox məhkəməyə verən məşhur şəxs olub.

Избранный
66
teleqraf.com

1Источники