RU

Nostradamusun 2026-cı illə bağlı qorxunc proqnozları - Bir lider oxla vurulacaq, o ölkə qan gölünə çevriləcək...


Kəhanətləri ilə məşhur olan fransız öncəgörücü, əczaçı və kimyagər Nostradamusun 2026-cı illə bağlı qorxunc proqnozları açıqlanıb.

XVI əsrdə yaşamış fransız həkim Mişel de Nostradamus kəhanətləri ilə bağlı dördlükləri ilə Avropa saray əyanlarının diqqətini çəkmiş, sonradan Fransa kraliçası Yekaterina de Mediçinin himayəsində olmuşdur.

Əslində, Nostradamusun kəhanətləri konkret illərə deyil, əsrlər adlanan bölmələrdəki dördlüklərə əsaslanır. 2026-cı il haqqında ipucları isə bu bölmələrin bir hissəsində yer alır. Nostradamusun kəhanətləri bu il böyük fəlakətlərin və fövqəladə hadisələrin baş verə biləcəyini göstərir.

Kəhanətlərdə "böyük bir insanın gündüz vaxtı ildırım vurması ilə yıxılacağı" xəbər verilir. Bəzi şərhçilər bu ifadəni sui-qəsd və ya texnoloji hücumlara işarə kimi şərh edirlər. İtaliyada mümkün bir epidemiyaya da diqqət çəkilir, bəziləri bunun mövsümi xəstəliklər və ya iqlim dəyişikliyi səbəbindən yayıla biləcək viruslara işarə edə biləcəyini düşünürlər.

Nostradamusun kəhanətlərinə görə, İsveçrənin Tiçino bölgəsi müharibə ilə sarsılacaq. Tarixən neytral olan bu bölgənin, kəhanətlərdə qan gölünə çevriləcəyi qeyd edilir. Şərhçilər bu kontekstdə Avropada artan gərginlik və Rusiya-Ukrayna müharibəsinə diqqət çəkir.

Bundan başqa, qeyd edilir ki, "mənşəyi məlum olmayan böyük bir arı sürüsü" peyda olacaq. Bəzi şərhçilər bunun arı populyasiyalarında ekoloji bərpa əlaməti, digərləri isə istilaçı növlərin qayıdışına dair xəbərdarlıq olduğunu bildirir.

Kəhanətlərdə "padşahların və şahzadələrin bütləri hazırlanacaq" ifadəsi yer alır. Bu xüsusilə ABŞ-da qızıl heykəllər və xatirə sikkə dizaynları ilə əlaqələndirilir.

Nostradamus slavyan xalqlarının gücünün artacağını proqnozlaşdırır. Bu isə Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirilir.

Kəhanətlərdə böyük bir münaqişəyə də işarə edilir. Şərhçilər bu risqin, xüsusən də Çin tərəfində artdığını vurğulayırlar. Bundan başqa, Madriddən bir liderin "oxla yaralanacağı" bildirilir ki, bu da günümüzdə siyasi qalmaqal və ya mediaya təzyiq kimi şərh olunur.

Sonda "əcdadlarından da qəddar, bəşəriyyətin böyük düşməni" kimi təsvir edilən bir liderin yüksəlişi proqnozlaşdırılır. Şərhçilər bunun Şimali Koreya kimi avtoritar rejimlərlə və ya yeni diktatura dalğaları ilə əlaqəli ola biləcəyini irəli sürürlər.

Nostradamusun kəhanətləri 2026-cı ili həm elmi, həm də siyasi qeyri-müəyyənliklə dolu cəlbedici və qorxulu bir il kimi təsvir edir.

TAHİR

Избранный
21
baki-xeber.com

1Источники