Kəlbəcərdə baş verən yanğın iki kənd ərazisində davam edir.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, noyabrın 3-u səhər saatlarından başlayan yanğın Kəlbəcər rayonunun Yuxarı Ayrım və Otaqlı kəndləri ərazisinə keçib.
Hazırda havanın küləkli olması yanğınsöndürən əməkdaşlarının işini daha da çətinləşdirir. Yanğın genişlənməkdə davam edir.